Bakının Yasamal rayonunda quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə avqustun 1-də baş verib. Polisə müraciət edən O.Qoçəliyev bildirib ki, mobil telefonu və qızıl boyunbağısı naməlum kişi tərəfindən quldurluq yolu ilə talanıb.
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 21 yaşlı Ramiz Nuriyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.