Bakının Yasamal rayonunda çörəkbişirmə sexi yanıb. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 200 kv.m olan sexin dam örtüyündə taxta atmalar 10 kv.m sahədə və 5 p.m elektrik kabeli yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.