Bakının Yasamal rayonunda yerləşən restoranda alışma baş verib. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranın xarici divarından keçən tüstü bacasında yağ qalıqları yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar.
Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.