Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində zəncirvari qəza baş verib. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Əsəd Əhmədov küçəsində qeydə alınıb. İdarəetməni itirən sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini yolun kənarında dayanan maşınlara çarpıb. Nəticədə 10-dan çox avtomobilə ziyan dəyib. Həmçinin hadisə zamanı “Toyota Camry” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Faktla bağlı araşdırma aparılır.