Yasamal rayonunda piyada səkisi piştaxtalarla zəbt olunub. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Söhbət Həsən bəy Zərdabi küçəsindən, 20 Yanvar metro stansiyasının yaxınlığından gedir. Belə ki, piyada səkiləri zəbt olunaraq, əraziyə məhsul satmaq üçün piştaxtalar qoyulub. Bu da insan axınının çox olduğu küçədə piyadaların hərəkətinə ciddi maneələr yaradır.