Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Ələsgər Əliyev saxlanılıb. O, vətəndaşların birinin bank kartından 10 manat oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.