Bakının Yasamal rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
21 yaşlı İqbal Əliyev yolu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol gicgah sümüyünün sınığı diaqnozu qoyulub.
Hazırda araşdırma aparılır.