Bakının Yasamal rayonunda Xaçmaz rayon sakini iki yeniyetmə tərəfindən qarət edilib. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az məlumat verir.
Xaçmaz rayon sakini R.Süleymanovun pulu və mobil telefonu quldurluq yolu ilə talanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə saxlanılıb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.