Bakıda yük avtomobili yanıb. Bu haqda bu gün, 13 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə Yasamal rayonu, D.Bünyadzadə küçəsində qeydə alınıb. Alışma “Ford Transit" markalı yük avtomobilinin kabin hissəsində qeydə alınıb. Ətraf infrasturktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.