Yasamal rayonunda yük maşını avtomobil yolunu bağlayıb. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Əbdülvahab Salamzadə küçəsində, köməkçi yolda qeydə alınıb. Anbara daxil olan yük avtomobili texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalıb. Bu səbəbdən Qələbə dairəsi istiqamətində hərəkət məhdudlaşıb və yolda sıxlıq yaranıb.
Qısa müddətdən sonra sıxlıq aradan qaldırılıb.