Yasamal rayonunda yük avtomobili yanıb. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində baş verib. Nəqliyyat vasitəsinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.