Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Şəfayət Mehdiyev küçəsində qeydə alınıb. Azad Mirzəyev idarə etdiyi “Mercedes Benz E 220” markalı avtomobillə yolu keçən piyada, 51 yaşlı Habil Rəhimovu vurub. Nəticədə piyada hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.