Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az APA-ya istindən məlumat verir.
Abbas Mirzə Şərifzadə küçəsində "Nissan", "Chevrolet" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq dirəyə çarpılıb.
Sükan arxasında olan qadın sürücü xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib. Avtomobillərə və yol təsərrüfatına ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, avtomobillər yoldan çıxarılıb. Fakt araşdırılır.