Bakının Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivində avtomobil salonundan oğurluq edilib. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata əsasən, salondan qarət edilən hissələrin dəyəri 3000 manata qiymətləndirilib. Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 5 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.