Suraxanı rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 2 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən rayonun Yeni Günəşli qəsəbəsində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 28 yaşlı Orxan Həsənov saxlanılıb. Onda 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb.
Məlum olub ki, O.Həsənov şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil edib.