Bakının Xətai rayonunda, Zığ qəsəbəsi ərazisində yanğın baş verib. Bu haqda bu gün, 15 iyul tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. İlkin məlumata görə, yanğın dəniz sahilində konteynerdə baş verib. Cəlb olunan briqada dərhal alovun yayılmasının qarşısını alaraq yanğını söndürüb.
Yenilənib:14 25
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ASC-nin ərazisində ümumi sahəsi 12 kv.m olan istifadəyə yararsız konteyner, içərisindəki əşyalar, 2 m uzunluğunda elektrik kabeli və bitişik 30 kv.m sahədə məişət tullantıları yanıb. Yaxınlıqdakı digər konteynerlər yanğından mühafizə olunub.