Bakının Suraxanı rayonu, Zığ qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
20 yaşlı Aytac Zeynalova küçədə keçmiş əri ilə üzləşib. Keçmiş ər ona hücum edərək bıçaq zərbəsi endirib. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə aparılıb.
Hadisə şahidlərinin sözlərinə görə, keçmiş həyat yoldaşı Zeynalovanı başqa bir şəxslə parkda görüb. Bundan qəzəblənərək o, Aytacı bıçaqlayıb.