Bakıda dələduz peyda olub. Paytaxt parklarında istirahət edənlərə yaxınlaşaraq özünü polis əməliyyatçısı kimi təqdim edib pul tələb edən şəxs müəyyən edilib. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində 35 yaşlı Rəsul Əliyev tutularaq məsuliyyətə cəlb edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Həmin şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə 102 - Zəng Mərkəzinə, eləcə də Nərimanov Rayon Polis İdarəsinə, yaxud 18-ci Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.