Bakının Suraxanı rayonu, Zığ şosesində yol qəzası baş verib. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“Toyota Prius” markalı avtomobil “Mercedes” markalı evakuatorla toqquşub. Qəza nəticəsində “Prius” deformasiyaya uğrayıb və sərnişin içəridə sıxılmış vəziyyətdə qalıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar.
Aparılan xilasetmə tədbirləri nəticəsində 22 yaşlı R.Əlizadə xilas edilərək təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.