Suraxanı rayonunda avtomobil sürücüsünün pulu soyğunçuluq yolu ilə talanıb. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Polisə daxil olan məlumata əsasən, sentyabrın 20-də saat 06:00 radələrində Zığ qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə olan 2 sərnişinin sürücünün 250 manatını talayıb.
Keçirilən tədbirlər nəticəsində Göyçay rayon sakini Hakim Hüseynov və Bərdə rayon sakini olan qadın şübhəli bilinərək saxlanılıblar.
Araşdırma aparılır.