Bakının Sabunçu rayonu, Zabrat şosesində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
36 yaşlı Elsəvər Nəsirov yolu keçən zaman onu 217 saylı sərnişin avtobusu vurub. Qəza nəticəsində yaralı kəllə-beyin travması alıb.
Faktla bağlı araşdırmalar davam edir.