Bakının Sabunçu rayonunda 67 yaşlı qadını avtomobil vurub. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Zabrat qəsəbəsində qeydə alınıb. 35 yaşlı Elnur Əsədov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman Sabunçu körpüsünün yaxınlığında piyada, 67 yaşlı Mehriban Abbasovanı vurub.
Qadın xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.