Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində silah-sursat aşkar edilib. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Daxil olan məlumata əsasən, adıçəkilən ərazidə 1 ədəd “F-1” əl qumbarası aşkar edilib. Hadisə yerinə FHN-in əməkdaşları gələrək sursatı sahədən götürüb və zərərsizləşdiriblər. Daha sonra əraziyə baxış keçirilib və başqa təhlükəli maddə aşkar edilməyib.
[caption id="attachment_94106" align="alignnone" width="640"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]