Sabunçu rayonunun Zabrat qəsəbəsində lazer aparatı oğurlanıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuşlar – 54 yaşlı Rasim Əhmədov və 47 yaşlı Riyad Şükürov qəsəbədə yerləşən gözəllik salonundan 17.000 AZN dəyəri olan lazer aparatını oğurlamaqda şübhəli bilinərək saxlanılıblar. Onlar aparatı 900 AZN-ə satdıqlarını bildiriblər.
Saxlanılanların qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Faktla bağlı araşdırmalar davam edir.