Sabunçu rayonunda avtoqəza ölümlə nəticələnib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Zabrat qəsəbəsində baş verib. Avtomobil yolunu keçən Sitarə Bayramovanı "KİA Sportage" markalı avtomobillə Azadi Tağıyev vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam edir.