Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 3 mart tarixində Report məlumat verib.
13 yaşlı Cavid İsmayılov yolu keçərkən onu avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub, uşaq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.