Bakının Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində xəsarətlərlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 11 fevral tarixində APA məlumat verib.
“Dacia” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarında dayanmış "Hyundai" markalı avtomobilə çarpıb. Zərbənin gücündən “Hyundai” yolun əks istiqamətinə çıxıb.
Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar. Avtomobillər ərazidən çıxarılıb. Hadisənin təfərrüatları araşdırılır.