Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində faciəvi olay baş verib. Bu haqda bu gün, 13 mart tarixində Qafqazinfo məlumat verib.
Martın 11-də “Ayxan” şadlıq evində nişan məclisi baş tutub. Mərasimdə iştirak edən 23 yaşlı gənc oğlan spirtli içkidən zəhərlənib və halı qəfil pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Oğlan xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.