Sabunçu rayonunda narkotik tapılıb. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı istintaq təcridxanasında saxlanılan məhkum Əşrəfağa Əlizadənin Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində gizlətdiyi narkotiklər aşkarlanıb. Nəticədə ərazidən 482 qram qurudulmuş marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.