Sabunçu rayonu, Zabrat qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Naməlum şəxs "Rahat market"dən dəyəri 490 AZN olan spirtli içkini oğurlayıb. 25 yaşlı Elsəvər Nuriyev və 26 yaşlı Fərid Yunusov onun izinə düşüblər. Nəticədə həmin şəxs əvvəlcə bıçaqla F.Yunusova xəsarət yetirib, daha sonra avtomobili ilə E.Nuriyevi vurub.
Buna baxmayaraq, satıcılar oğurlanan məhsulu geri ala biliblər. Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onların həyati təhlükələri yoxdur.