Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 25 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Zabrat qəsəbəsində baş verib. Elvin Qasımov “Ravon Nexia” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən Qabil Kərimovu vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.