Sabunçu rayonu, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
49 yaşlı Aynur Əmirova avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada açıq kəllə-beyin travması və sağ ayağının sınığı ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalar davam edir.