Bakının mərkəzində, Üzeyir Hacıbəyli küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 16 fevral tarixində Qafqazinfo məlumat verib.
“Uber” taksi şirkətinə məxsus olan “Honda İnsight” ilə “Nissan Sunny” markalı avtomobillər toqquşub.
Hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib, ağır xəsarət alan olmayıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.