Xəzər rayonunun Zirə qəsəbəsində bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
55 yaşlı Əkbər Əliyev yaşadığı evin həyətində məişət tullantıları yandıran zaman ehtiyatsızlıqdan ocağa yıxılıb. Nəticədə xəstəxanaya yerləşdirilən Ə.Əliyev orada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.