Xəzər rayonunda yeniyetməni avtomobil vurub. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Zirə qəsəbəsində baş verib. 15 yaşlı Ə.K. avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə yeniyetmə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.