Bakıda nəhəng kərtənkələ tapılıb. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Hadisə Xəzər rayonu, Zirə qəsəbəsində baş verib. Nəhəng kərtənkələnin ilan və ya zəhərli heyvan olduğunu zənn edən sakinlər onu öldürüblər.
Sözügedən canlı Qafqazda və Türkmənistanın cənubunda yaşayır. Gözlüklü halsid, yaxud ilanabənzər kərtənkələ adlanır. Bu canlının iki növü “Qırmızı Kitab”a düşüb. Tam zəhərsizdir.