Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində avtomobili piyada vurub. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
27 yaşlı Elmin Miriyev prospektdə yerləşən körpünün üzərində yolu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.