Bakının Nərimanov rayonunda, Z.Bünyadov prospektində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 19 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən Bakuplus.az məlumat verir.
17 dekabr axşam saalarında Bakı şəhər sakini E.İsgəndərov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən paytaxt sakini Ə.Vəliyevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, o, növbəti gün xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.