top
“Taxta bazarı”ndakı yanğın söndürülüb – YENİLƏNİB
23 noyabr 2023, 02:29
- ↺ +

“Taxta bazarı”ndakı yanğın söndürülüb – YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ziya Bünyadov prospektindəki “Taxta bazarı”nda baş vermiş yanğın ərazisində bütün açıq alov mənbələri söndürülüb. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Hazırda bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri davam etdirilir.

11:08 - “Taxta bazarı”ndakı yanğınla bağlı cinayət işi açılıb

Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki “Taxta bazarı”nda baş vermiş yanğınla bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.

Hadisə zamanı bir neçə sahibkara maddi ziyan dəyib. Həmçinin 61 yaşlı sahibkar Razi Qasımov dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin “Yanğın təhlükəsizliyi qaydalarını pozma” maddəsi ilə cinayət işi açılıb. Yanğının səbəbini və dəymiş ziyanı müəyyən etmək məqsədilə yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları, Razi Qasımovun ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin edilib. Hadisə yerində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

10:12 - “Taxta bazarı”ndakı yanğının söndürülməsi üçün əlavə texnika və canlı qüvvə cəlb olunub

Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki “Taxta bazarı”nda baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN tərəfindən əlavə texnika və canlı qüvvə cəlb olunub.

Bildirilir ki, bazardakı yanğın artıq məhdudlaşdırılıb. Hazırda alovun tam söndürülməsi üçün əməliyyatlar davam etdirilir.

09:25 - Ziya Bünyadovda “Taxta bazarı” yanır: ölən var – VİDEO

Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində “Taxta bazarı” adlanan ərazi yanır. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Yanğın səhər saat 05:45 radələrində başlayıb. Hadisə yerində FHN, polis əməkdaşları və təcili tibbi yardımın briqadaları işlər aparırlar.

Yanğın nəticəsində şəxsiyyəti müəyyən olunmayan kişi həlak olub. Xəsarət alan yoxdur.

Havanın küləkli olması, ərazidəki yüksəkgərginlikli elektrik xətləri yanğının söndürülməsi işlərini mürəkkəbləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-dən verilən məlumata əsasən, küləkli hava yonqarları geniş sahəyə yayıb və yanğın yerində 3 mənbə yaranıb. Hazırda bütün istiqamətlərdə yanğın sahəsi tam əhatəyə alınıb. Alovun yayılmasının qarşısı alınıb. Yanğının sahəsi təxminən 4 min kvadratmetrə yaxındır.

Bildirilir ki, yanğın səbəbindən prospektin köməkçi yolundan metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətinə yolda məhdudiyyət tətbiq olunmuşdur. Hazırda köməkçi yolunda məhdudiyyət aradan qaldırılıb.

Son xəbərlər

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Oxşar xəbərlər