Bakıda baş vermiş zəncirvari qəzada bir nəfər xəsarət alıb. Bu haqda BakuPlus.az APA-ya istinadən xəbər verir.
Nərimanov rayonu, Ziya Bünyadov prospektində Metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsü qəfil tormozlanma edib. Eyni istiqamətdə hərəkətdə olan “Mercedes” “Toyota”-ya çırılıb. Daha sonra isə “VAZ-2107” markalı avtomobil “Mercedes”-lə toqquşub.
Nəticədə “Mercedes”-də olan bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.