Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqədə uğur qazanıblar. Bu haqda 11 yanvar tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi xəbər verib.
Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin hazırlıq şöbəsinin şagirdləri "Hope Art Contest” Beynəlxalq müsabiqəsində uğura imza atıblar.
Məktəbin qalibləri:
I yer - Nüşabə Əlizadə (7 yaşa kimi yaş kateqoriyasında),
I yer - 2-ci sinif şagirdi Fatimə Hüseynova (9-10 yaş kateqoriyasında),
I yer - 3-cü sinif şagirdi Fuad Abbaszadə (9-10 yaş kateqoriyasında),
I yer - 6-cı sinif şagirdi Nuray Əhədzadə (13-15 yaş kateqoriyasında),
III yer - 7-ci sinif şagirdi Fidan Əliyeva (16-21 yaş kateqoriyasında)
İstedadlı şagirdlərin müəllimi Ləman Əhədovadır.