Paytaxt məktəbinin şagirdləri Qazaxıstanda keçirilən müsabiqədə yüksək yer tutublar. Bu haqda 28 mart tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində təhsil alan IV sinif şagirdi Sevda Süleymanova “Solo ifa” nominasiyasında 11-13 yaş kateqoriyası üzrə I dərəcəli diplom, IV sinif şagirdi Fatimə Quliyeva 11-13 yaş kateqoriyası üzrə II dərəcəli diplom, II sinif şagirdi Məryəm Baxşı 10 yaş kateqoriyası üzrə, III sinif şagirdi Mədinə Feyzizadə, V sinif şagirdi Alsu Kasamanskaya, III sinif şagirdi Mədinə Feyzizadə isə II dərəcəli diplom ilə mükafatlandırılıblar.
Həmçinin onların müəllimləri Nuridə Süleymanova, İsmət Quliyeva və Dilşad Mirzəbutova “Təşəkkürnamə” ilə təltif olunublar.
[URIS id=38479]