Paytaxt məktəbinin şagirdi "World Art Games" müsabiqəsinin qalibi olub. Bu haqda bu gün, 16 fevral tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə III sinif şagirdi Amirə Əliyeva İspaniyada təşkil olunan "World Art Games" Beynəlxalq Onlayn Musabiqəsində I yerə layiq görülərək diplomla təltif edilib.
Amirə müsabiqədə I yaş kateqoriyası üzrə “Piano” nominasiyasında iştirak edib və M.Eckstein-in "Caprise of the gnomes" əsərini ifa edərək qalib olub.
[caption id="attachment_33778" align="alignnone" width="800"]
Foto Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin saytı[/caption]