Bakıda uşaqlar üçün ingilis dilində tamaşa göstərilib. Bu haqda 7 mart tarixində Bakuplus.az Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə istinadən xəbər verir.
YARAT Teatr Klubu çərçivəsində Azərbaycan Rəngkarlığı Muzeyinin binasında "Matilda" tamaşası nümayiş olunub. Tamaşanın quruluşçusu İlaya Faiqdir. Əsər evdə və məktəbdə bullinqə məruz qalan bir qızcığazdan bəhs edir. Quruluşun əsas məqsədi tamaşaçıya hər bir uşağın şəxsiyyət olduğunu və onun fikir söyləmək, özünü müdafiə etmək iqtidarında olduğunu çatdırmaqdır.
"English Children Theatre 2130" İlaya Faiq tərəfindən 2015-ci ildə Bakı, Tbilisi və Stokholmda yaşayan ingilisdilli uşaqlar üçün yaradılıb.