Bakıda ölkənin iqtisadi inkişafında yaradıcı sənayenin rolunu artırmaq məqsədilə auksion keçiriləcək. Bu haqda Azərtac-a istinadən bu gün, 29 mart tarixində xəbər verir.
Auksionda 5 tanınmış rəssam - Vüqar Muradov, Mir Azər Abdullayev, Anar Hüseynzadə, Cəlal Ağayev və Milena Nəbiyevanın Novruz atributlarından olan yumurta forması üzərində çəkdikləri əsərlər hərraca çıxarılacaq.
Hərrac aprelin 3-də “Auction Baku” MMC şirkətinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyasının metodiki dəstəyi ilə keçiriləcək.