Bakı Konqres Mərkəzində “Köhnə çamadanlar” filminin qala-gecəsi keçirilib. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 13 may tarixində xəbər verir.
Ötən gün təqdimatı keçirilən film Birinci və İkinci Qarabağ müharibələrindən, tarixi qələbəmizdən bəhs edir.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müxtəlif qurumların rəhbər şəxsləri, ictimai xadimlər, Vətən müharibəsi qəhrəmanları və filmdə bəhs edilən hadisələrin şahidləri iştirak ediblər.
“Köhnə çamadanlar” filminin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru isə Şahmar Səfəroğludur. Filmin quruluşçu rəssamı Əfşan Əsədova, art-direktoru Tahir Əliyev, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur.
Xronometrajı iki saata yaxın olan bədii ekran əsərinin baş prodüseri Pərvinə İsmayılova, layihə rəhbəri Səidə Haqverdiyeva, redaktoru Həmidə Rüstəmovadır.
Əsas rollarda Xalq artistləri Məmmədsəfa Qasımov, Qabil Quliyev, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Zemfira Əbdülsəmədova və digər tanınmış sənət adamları çəkiliblər.
Filmə müəllif baxışı aprelin 30-da Nizami Kino Mərkəzində təşkil olunub.
[caption id="attachment_44275" align="alignnone" width="800"]
Foto Azərtac.az saytı[/caption]