Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artistlərinin iştirakı ilə "Gözəllik" rəqsinin videoversiyasının təqdimatı keçirilib. Bu haqda Azərtac-a istinadən bu gün, 22 mart tarixində xəbər verir.
Təqdimatı giriş sözü ilə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev rəqs haqqında məlumat verərək açıb.
Dünya şöhrətli kamança və saz ifaçısı Mark Eliyahunun musiqisindən istifadə edilən bu rəqs kompozisiyasının quruluşçu xoreoqrafı Məhəmməd Abdullayev, ifaçısı Aynurə Əsgərova, quruluşçu rejissoru və montajçısı Alvin Mahmudovdur.
Balet artistinin geyimi Leyla Əliyevaya, qrimi isə Səma Novruzzadəyə məxsusdur.
[URIS id=37911]