Bakıda “Əmanət” filminin premyerası keçirilib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 21 may tarixində xəbər verir.
Rejissorları Anton Sievers və Rauf Kubayev olan filmdə Rusiyanın xalq artisti Andrey Sokolov, kinoprodüser Şamil Cəfərov, eləcə də filmin əksər hissəsinin çəkildiyi Dağıstan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.
Filmin prodüserinin sözlərinə görə, filmin ilk beynəlxalq nümayişinin Bakıda keçirilməsi qərara alınıb.
Filmdə baş rollarda Amin Xuratov, Varvara Komarova, Aleksandr Miçkov, Yekaterina Quseva, Andrey Sokolov və başqaları çəkiliblər.
“Əmanət” filmi 19-cu əsrin birinci yarısında Rusiyanın hərb tarixinin dramatik hadisələri fonunda Şeyx Şamilin oğlu Camalutdin və Liza Oleninanın sevgisindən bəhs edir.
Filmin Moskvadakı premyerası mayın 24-ü baş tutacaq.
[caption id="attachment_45446" align="alignnone" width="800"]
Foto Report.az saytı[/caption]