Bakıda Ümumdünya İncəsənət Günü və dahi musiqiçi Mstislav Rostropoviçin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu haqda bu gün, 16 aprel tarixində Trend-ə istinadən məlumat verir.
Gecəni Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəniyyət tədbirlərinin təşkili və yaradıcı gənclərlə iş mərkəzi Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi ilə birgə təşkil edib.
Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsert proqramında Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin şagirdləri, respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər.
Ümumdünya İncəsənət Günü 2012-ci ildən keçirilən beynəlxalq bayramdır. Bayramın keçirilmə tarixi 15 aprel - rəssam Leonardo Da Vinçinin doğum günüdür.
[URIS id=40844]