Bakının YARAT mərkəzində noyabrın 26-da Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş "LOFF" qısametrajlı sənədli filminin premyerası və eyniadlı layihənin təqdimatı keçiriləcək. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az məlumat verir.
Gecə Əhmədbəy Ağaoğlu İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə təşkil olunub.
Tədbir 19:30-da başlayacaq. Təqdimata giriş sərbəstdir. İştirakçılar COVİD-19 pasportunu təqdim etməlidirlər.